Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.

Bildirilib ki, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə
məlumat daxil olub.




Məlumat daxil olduqdan dərhal sonra əraziyə Nazirliyin Dövlət
Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə
İdarəsinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər
görülür.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir