Axtarışda olan 107 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) avqustun 21-də ölkə ərazisində
keçirilən əməliyyat tədbirlərinin nəticələrini açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində
qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin
açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olan ümumilikdə 107 nəfər, o cümlədən borclu şəxs
qismində axtarılan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Polis əməkdaşları narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt
müəyyən ediblər.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı
tərk etdiyi üçün itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq
aidiyyəti üzrə təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir