Tərtərdə yol qəzasında piyada ölüb

Baş səhifə

Tərtər. Trend:

Tərtərdə baş verən yol qəzası zamanı piyada ölüb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun
Bayandurlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, Tərtər rayonunun Xoruzlu kənd sakini Tural Nəbiyev
idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu
keçən 55 yaşlı Əliyev Qəribxan Cavanşir oğlunu vurub.




Sürücü xəsarət alan piyadanı xəstəxanaya çatdırmağa çalışsa da,
Qəribxan Əliyev yolda həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir