
Bakı. Trend:
ABŞ-ın cənub-şərqində, Florida ştatının Boka Raton şəhərindəki
çimərlik yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq
suya düşüb.
Bu barədə yerli polis departamenti məlumat yayıb.
Boka Raton polisindən bildirilib ki, hüquq-mühafizə orqanları
kiçik təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasına kömək
edirlər. Hadisə nəticəsində təyyarədə olan şəxs ehtiyat tədbiri
olaraq xəstəxanaya aparılıb.
ABŞ Federal Aviasiya Administrasiyası qəzanın başvermə
səbəblərini araşdırır. Mütəxəssislər təyyarənin sudan çıxarılması
istiqamətində işləri davam etdirirlər.

