
Daşkənd. Trend:
Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan
İnvestisiya Fondudur.
Trend-in
xüsusi müxbiri xəbər verir ki, bu barədə Prezident İlham Əliyev
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında
bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Mənə məruzə ediblər ki, 500
milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib.
Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və
əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin
deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq
formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü
fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur”.

