Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar (FOTO)

Baş səhifə

Daşkənd. Trend:

Avqustun 23-də Azərbaycan Respublikasının Birinci xanımı
Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının
birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza
Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi
ilə tanış olublar.

Trend-in
xüsusi müxbiri xəbər verir ki, bu mərkəz Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib. On hektardan çox
ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq
abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə
günbəz də var. Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir
əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu,
kitabxana və arxivlər var. Burada müxtəlif tarixi dövrlərə aid
əşyalar, həmçinin əsərlər təqdim olunur. Əcdadların yaradıcılıq
potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə
nümayiş etdirilir. Mərkəzin binasında 100 min əlyazma və 1
milyondan çox kitabın olduğu kitabxana yerləşir. Buradakı muzey
ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah
dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni
Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı
zallardan ibarətdir.

Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında
müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır.
Zalda müxtəlif dövrlərdə yazılmış “Quran”ın əlyazma nüsxələri və
özbək dilinə tərcümələri təqdim olunur.

Yüzlərlə alim, ekspert, dini və ictimai xadim layihənin
reallaşmasında iştirak edib. Bu Mərkəz UNESCO və ICESCO da daxil
olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir