Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı

Baş səhifə

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan edilməyən, ümumilikdə 5 adda 2755 konvalyut dərman aşkar edilib.

Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir