Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq?

Baş səhifə

Bakı. Trend:

Bakı metropolitenində qarşıdakı dövrdə xətlər üzrə qatarların
hərəkət intervalının azaldılması ilə bağlı təhlillər aparılır və
mümkün tədbirlərin görülməsi imkanları araşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”
QSC-dən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə sərnişin axını və tələbatı diqqət
mərkəzində saxlanılır.

Qeyd olunub ki, Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin
müstəqil fəaliyyət sahələrində gur saatlarda hərəkət intervalı 3
dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi
çərçivəsində 200 metrə yaxın tunelin inşası ilə əlaqədar hər bir
xətt üzrə müstəqil hərəkət qrafiki tərtib edilib:

“Nəticədə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə
saxlanılıb, Qırmızı xətdə isə 1 dəqiqə azaldılaraq 2 dəqiqə 30
saniyəyə endirilib.




Bunun üçün Qırmızı xətt üzrə müvafiq gücləndirmə və
optimallaşdırma tədbirləri görülüb, həmçinin əlavə maşinistlər
ayrılmaqla qatarların “İçərişəhər” stansiyasını daha operativ tərk
etməsi təmin edilib”.

Qurumdan, həmçinin bildirilib ki, əvvəlcədən proqnozlaşdırıldığı
kimi, “28 May-Nizami” stansiyaları arasında hərəkətin
dayandırılması metroda sərnişin sayının azalmasına səbəb olub:

“Bu, sərnişinlərin bir qisminin məhz xətdən-xəttə keçid üçün
həmin istiqamətdən istifadə etməsi ilə əlaqədardır.

Bu səbəbdən yerüstü ictimai nəqliyyata tələbatın artması nəzərə
alınaraq daşımaların sərnişin tələbatına uyğun təşkili və
sərnişinlərin düzgün yönləndirilməsi məqsədilə Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əlaqəli fəaliyyət həyata
keçirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir