
Bakı. Trend:
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən
müsabiqələrin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iştirakçılar
müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar
(Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə
göndərməklə öyrənə bilərlər.

