Xaçmaz rayonunda yeni avtobus dayanacaqları quraşdırılır (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Xaçmaz
rayonunda sərnişindaşımanın təşkili və vətəndaşların
təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtobus
dayanacaqlarının quraşdırılması işləri həyata keçirilir.

Hazırda Xaçmaz və Xudat şəhərlərində bir neçə müasir dayanacaq
artıq istifadəyə verilib. Cari il ərzində şəhərlərlə yanaşı,
magistral yolun kənarında yerləşən kəndlərdə də ümumilikdə 50-dən
çox dayanacağın quraşdırılması planlaşdırılır.




Yeni quraşdırılan dayanacaqlara baxış keçirən Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev və AYNA-nın Quba Regional
İdarəsinin müdiri Elnur Eldarov görülən işlərlə tanış olublar. İcra
başçısı sərnişinlərin rahat və təhlükəsiz daşınmasının təmin
edilməsi məqsədilə gələcəkdə bu tip dayanacaqların sayının
artırılmasının zəruriliyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir