
Bakı. Trend:
Bərdə rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2
nəfər xəsarət alıb.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə,
yol-nəqliyyat hadisəsi Bərdə-Ağdam avtomobil yolunda qeydə
alınıb.
İlkin məlumata görə, “Mercedes” və “Lada” markalı avtomobillərin
toqquşması nəticəsində Bərdə rayonunun Zümürxan kənd sakinləri –
1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il
təvəllüdlü Xidaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli bədən
xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi
Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

