Ağdamda 30 hektar ərazidə yanğın başlayıb

Baş səhifə

Bakı. Trend:

Ağdam rayonunda genişmiqyaslı yanğın hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, yanğın rayonun Abdal
kəndi ərazisində başlayıb. İlkin məlumata əsasən, alov təxminən 30
hektar açıq sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN)
Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən
avtomobili, həmçinin Xocalı rayonundan 1 yanğınsöndürən avtomobili
və şəxsi heyət hadisə yerinə cəlb olunub.




Məlumata görə, yanğının baş verdiyi ərazi hələ minalardan
təmizlənməyib. Bu səbəbdən yanğınsöndürənlərin əraziyə daxil olması
və alovun söndürülməsi istiqamətində işlərin aparılması
çətinləşir.

Hazırda yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir