Bu gün metronun iş vaxtı 1 saat uzadılacaq

Baş səhifə

Bakı. Trend:

Bu axşam saat 20:45-də “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika
stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar “Bakı
Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat
yayıb.




Bildirilib ki, matç penaltilər seriyasına qədər davam edərsə,
metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat
01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət
göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır
saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.
Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam
etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir