
Bakı. Trend:
Bu il Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub.
Bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadənin “Abituriyent” jurnalının 6-cı nömrəsində yer
alan “Ön söz”ündə qeyd olunub.
Bildirilib ki, boş qalan plan yerlərinə ixtisas seçimi
aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcəkdir.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinin müsabiqəsində
87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215
subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o
cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o
cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30522 (o cümlədən
3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ
əldə edib.

