
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.
Qurumun yaydığı məlumata görə, Elxan Elman oğlu Mütəllimov
Satınalmalar və təminat departamentinin müdiri təyin edilib.
Bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov
əmr imzalayıb.
Elxan Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində
“Menecment” ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya
Universitetində “Maliyyə bazarları” ixtisası üzrə magistr təhsili
alıb.
Əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayan
E.Mütəllimov 2018-2022-ci illərdə özəl sektorda, 2022-2023-cü
illərdə DOST Agentliyində, 2023-2026-cı illərdə isə Sosial
Xidmətlər Agentliyində çalışıb.

