
Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda 4,2 maqnitudalı zəlzələ baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb
Zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb.
Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.

