İsrailin Azərbaycandakı Səfirliyi "Sabah"ı təbrik edib

Baş səhifə

İsrailin Azərbaycandakı Səfirliyi UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah” komandasını təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Bakıda necə də möhtəşəm futbol gecəsi oldu! “Sabah” komandasını qazandığı qələbə münasibətilə təbrik edirik! “Hapoel” (Beer Sheva) komandasına isə göstərdiyi mübarizə, əzmkarlıq və final fitinə qədər davam edən möhtəşəm oyun üçün böyük hörmətimizi bildiririk! Əlbəttə, israilli ürəklərimiz fərqli nəticəyə ümid edirdi. Lakin bu gecə futbolun ən gözəl xüsusiyyətlərindən birini, insanları bir araya gətirmək gücünü bir daha xatırlatdı. Əla oynadınız, “Sabah”! Hər iki komandaya böyük hörmət !”, – deyə paylaşımda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir