Azərbaycanda bankların cəmi aktivləri artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin 1 avqust tarixinə Azərbaycanın bank sektorunun aktivləri
60,980 milyard manat təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı
hesablamalara əsasən, bu göstərici keçən ilin 1 avqust tarixi ilə
müqayisədə 5,28 milyard manat və ya 9,5% çoxdur.

Hesabat dövründə bankların məcmu öhdəlikləri 53,330 milyard
manat, balans kapitalı isə 7,650 milyard manat təşkil edib. Qeyd
olunur ki, iyul ayında bankların məcmu aktivləri, məcmu öhdəlikləri
və balans kapitalı 0,1% artıb.




Bank sektorundakı artım fonunda Azərbaycan Mərkəzi Bankı maliyyə
sisteminin dayanıqlılığının möhkəmləndirilməsi məqsədilə həyata
keçirilən islahatların nəticələrini də açıqlayıb.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə
Bakıda İslama İnkişaf Bankı (İİB) Qrupunun İllik İclasları
çərçivəsində keçirilən 20-ci Qlobal İslam Maliyyəsi Forumunda
məsələni şərh edib.

“Son üç il ərzində biz bank sektorunda normativ bazanı təkcə ən
son uçot standartlarına keçid kimi ənənəvi istiqamətlər üzrə dəyil,
həm də bazar davranışı, ESG və digər yeni sahələrdə
modernləşdirmişik. Kapital bazarında qüvvədə olan qanunvericiliyə
də bir sıra dəyişikliklər edilib. Reytinq agentlikləri, törəmə
maliyyə alətləri, vençur kapitalı, kraudfandinq haqqında və digər
qanun layihələri hazırlanaraq hökumətə təqdim olunub”, — deyə Ş.
Mahmudzadə bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir