Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq

Baş səhifə

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Modern.az-ın məlumatına görə, buna səbəb 35 kV-luq “Göytəpə” yarımstansiyasına gələn hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə sabah saat 11:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 8270 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir