
Bakı.Trend:
Fransanın Kan şəhərində dəmiryol vağzalının yaxınlığında
avtomobilin bir qrup insanın üzərinə çırpılması nəticəsində azı 2
nəfər həlak olub, 10 nəfər yaralanıb.
Bu barədə Fransa KİV-də məlumat yayılıb.
Kalvados departamentinin prefekti David Klavye bildirib ki,
sürücü tramvay gözləyən piyadaların üzərinə avtomobili qəsdən
sürüb.
Hadisə çərşənbə günü saat 22:15 radələrində baş verib.
Polis hadisədən sonra qaçan 26 yaşlı şübhəlini saxlayıb. Rusiya
əsilli olduğu bildirilən şübhəli Kan şəhərindən təxminən 20
kilometr məsafədə yerləşən Uistrehamda tutulub.
Müstəntiqlər hələlik insidenti terror aktı kimi nəzərdən
keçirmir. İlkin məlumatlara görə, avtomobilin insanların üzərinə
sürülməsi mübahisədən sonra baş verib.

