
“Balıqçılıq haqqında” qanun qüvvəyə minib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb.
Bu qanun Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.

