Paşinyan Laçın görüşünün detallarını açıqladı

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan rəsmilərinin Laçında keçirilən son görüşünün məqsədi barədə açıqlama verib.

Modern.az xəbər verir ki, Paşinyan avqustun 27-də keçirdiyi brifinqdə Laçında elektrik enerjisi məsələləri ilə bağlı keçirilən görüşdə nələrin müzakirə olunduğuna dair suala cavab verib.

Baş nazir bildirib ki, elektrik enerjisinin istehlakında müxtəlif rejimlər mövcuddur və bəzi dövrlərdə enerji artıqlığı, bəzi hallarda isə çatışmazlıq yarana bilər:

“Ermənistanın süni intellekt sahəsinə yatırdığı investisiyalar nəzərə alınaraq, gələcəkdə ehtiyac yaranacağı təqdirdə elektrik enerjisinin idxalının, o cümlədən Azərbaycandan enerji alınmasının mümkün olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bu məsələ yalnız Azərbaycanla deyil, Gürcüstan, İran və Türkiyə ilə də müzakirə olunur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir