
Bakı. Trend:
Transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu
keçidini gerçəkləşdirib.
Klubdan verilən məlumata görə, almaniyalı hücumameyilli
yarımmüdafiəçi Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms”
klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Vingerlə 2+1 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisinin
heyətində 10 nömrəli formanı geyinəcək.
25 yaşlı futbolçu “Borussiya Dortmund”un yetirməsidir. 2021-ci
ildə bu klubdan “Brayton”a keçən Xadra “Birmingem”, “Seffild
Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə
transfer olunan oyunçu “Havr”da da çıxış edib. O, Almaniyanın U-18
və U-21 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, Reda Xadra yay transfer pəncərəsində “Qarabağ”ın
9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel
Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense
Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.

