Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti adlandırıb

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp özünü ölkə tarixinin ən böyük prezidenti hesab edir.

APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində ABŞ prezidentlərinin şəxsi reytinqini paylaşarkən bildirib.

Tramp özünü “ən böyük” kateqoriyasına daxil edərək siyahıda birinci yerə yerləşdirib. “Böyük” prezidentlər sırasında isə Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonun adlarını qeyd edib.

“Uğursuzlar” kateqoriyasına Trampın hər iki sələfi – Co Bayden və Barak Obama, həmçinin Uliks Qrant, Uorren Hardinq və Cimmi Karter daxil edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir