Qubada təmir zamanı yüksəklikdən yıxılan şəxs ölüb

Baş səhifə

Bakı. Trend:

Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Trend-in
məlumatına görə, hadisə avqustun 27-də saat 11 radələrində baş
verib.

Belə ki, 1979-cu il təvəllüdlü Vahid Stalov rayonun Dağlı
kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görərkən
yüksəklikdən yerə yıxılıb.




O, aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir