
Bakı.Trend:
Nepal hakimiyyəti sel və daşqınların fəsadlarının aradan
qaldırılmasında kömək göstərmək təkliflərini irəli sürən xarici
xilasedici qrupların təkliflərini rədd edib.
Bu barədə “The Kathmandu Post” məlumat yayıb.
Hökumət bildirib ki, ölkənin milli güc strukturları
axtarış-xilasetmə əməliyyatlarını müstəqil şəkildə həyata keçirmək
imkanına malikdir.
Nepallı məmurun sözlərinə görə, bu qərar 2015-ci il zəlzələsinin
təcrübəsi nəzərə alınaraq qəbul edilib. Həmin vaxt çox sayda xarici
xilasedicinin ölkəyə gəlməsi və gələn qruplar arasında rəqabət
əməliyyatın əlaqələndirilməsi və idarə olunması ilə bağlı ciddi
problemlər yaradıb.
Onu da qeyd edək ki, son rəqəmlərə əsasən Nepalın şimal
rayonlarında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 469
nəfərə çatıb.

