İran ABŞ ilə danışıqlar masasına qayıda bilər – Əraqçi

Baş səhifə

Bakı.Trend:

İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə
danışıqlar prosesinə qayıtmaq hələ də mümkündür, lakin bunun üçün
Vaşinqton təzyiq siyasətindən əl çəkməlidir.

“Diplomatiyanı konstruktiv məcraya qaytarmaq tamamilə mümkündür.
Bunun üçün ABŞ sadə bir həqiqəti dərk etməlidir: təzyiq işə
yaramır”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.




Əraqçi ABŞ administrasiyasını dialoqu hörmət prinsipi əsasında
aparmağa, İranın hüquqlarını tanımağa və öz öhdəliklərinə əməl
etməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton
administrasiyasının hazırda İran hakimiyyəti ilə məsləhətləşmələr
və görüşlər keçirməkdə maraqlı olmadığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir