Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 4-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev Bərdə şəhərində yerləşən Telekommunikasiya
Qovşağında Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və
Naftalan şəhərinin sakinlərini qəbul edəcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o
cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində
əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları
dinləyəcək.




Qəbula sentyabrın 3-nə qədər nazirliyin Çağrı mərkəzi (1655) və
elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58
58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq
mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı
üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir