Gəncədə bazarda qadın qətlə yetirilib, oğlu şübhəlidir

Baş səhifə

Gəncədə bıçaq xəsarəti alan qadın xəstəxanada ölüb

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən “Food city” bazarında qeydə alınıb.

Belə ki, sözügedən bazarda dükanda qadın paltarı satan 1962-ci il təvəllüdlü L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir