
Bakı. Trend:
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti
tədarük həyata keçiriləcək.
6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda və 4 vaqondan
ibarət, çəkisi 280 ton olan arpa 28 avqust tarixində Biləcəri
stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə,
1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton
taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona
yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac
olunub.

