Bakı istintaq təcridxanasına gətirilən sovqatda mobil telefon aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq
təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş
sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi
üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik
qidalandırıcısı aşkar edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin yaydığı
məlumatda qeyd edilib.




Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

“Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya
ötürülməsinə cəhd göstərilir. Bir daha vətəndaşların diqqətinə
çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə
qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət
məsuliyyətinə səbəb olur”, – deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir