Çində keçmiş məmur ölüm cəzasına məhkum edilib

Baş səhifə

Bakı.Trend:

Çində məhkəməsi Çin Kommunist Partiyasının Hubey əyalət
komitəsinin keçmiş katibi Tsyan Çaolyanı 746 milyon yuandan
(təxminən 178,7 milyon manat) çox məbləğdə rüşvət almaqda təqsirli
bilərək ölüm cəzasına məhkum edib.

TASS-ın məlumatına görə, bu barədə Nankin şəhər məhkəməsinin
qərarında bildirilib.




Məmur istintaqla əməkdaşlıq edib və bunun sayəsində məhkəmə ona
daha yüngül cəza təyin edib.

Çin qanunvericiliyində müəyyən edilmiş şərtlərə əməl olunacağı
təqdirdə, ölüm hökmünün formal olaraq iki il təxirə salınmasından
sonra bu cəza ömürlük həbslə əvəz olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir