Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır

Baş səhifə

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda, şəhər mərkəzinə yaxın Karagedik məhəlləsindəki meşəlik ərazidə yanğın baş verib.

Modern.az xəbər verir ki, yerli vaxtla saat 19:30 radələrində başlayan yanğının bölgədə əsən güclü külək səbəbindən geniş əraziyə yayıldığı bildirilir.

Alovun söndürülməsi üçün bölgəyə çox sayda yanğınsöndürən və meşə təsərrüfatı əməkdaşı cəlb olunub. Yanğının söndürülməsi işləri havadan və qurudan davam edir.

Yanğının təhlükə yaratdığı ərazilərdə, o cümlədən qocalar evi və bəzi yaşayış yerlərində insanların təxliyəsinə qərar verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir