ABŞ hərbçiləri Sakit okeanda narkokartelə xidmət edən gəmini batırıb

Baş səhifə

Bakı. Trend:ilib

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador
narkokartelinin maraqları üçün istifadə olunan gəmini ələ keçirib
və ekipajı yoxlayıb saxladıqdan sonra gəmini batırıblar.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat
yayıb.

“ABŞ dəniz piyadaları və hərbi dənizçiləri «San Antonio» desant
gəmisindən düşərək gəmini ələ keçirib, yoxlayıb və təhlükəsizliyini
təmin ediblər. Əməliyyat zamanı heç bir insident baş verməyib.
Gəmidə olan şəxslər Ekvadora təhvil verilib. Əməliyyat başa
çatdıqdan sonra ABŞ hərbçiləri gəmini batırıblar”, – deyə
komandanlığın X sosial şəbəkəsindəki səhifəsində bildirilib.




Qeyd olunur ki, əməliyyat “Ekvador hökuməti ilə koordinasiya və
əməkdaşlıq şəraitində” həyata keçirilib.

Cənub Komandanlığının məlumatına görə, sözügedən gəmi üzən
yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərib və Sakit okeanın
beynəlxalq sularında narkotik maddələrin qaçaqmalçılığı zamanı
istifadə olunub.

“Kəşfiyyat məlumatları təsdiqləyib ki, gəmi Ekvadorun ən böyük
narkokartellərindən biri olan «Los Choneros»un maraqları naminə
fəaliyyət göstərib”, – deyə məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir