Amerikalı diplomatlar Yaxın Şərqə qayıtmağa başlayıb

Baş səhifə

Bakı.Trend:

Yaxın Şərqdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatına
başlanılmasından sonra regionu tərk edən amerikalı diplomatlar
artıq Yaxın Şərqdəki ABŞ səfirliklərinə qayıdırlar.

Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.




Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamenti bu həftə
əməkdaşlarının Yaxın Şərqdəki fəaliyyətinə dair bəzi
məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Bununla belə, agentlik
qeyd edir ki, regiondakı əksər ABŞ diplomatik nümayəndəlikləri
hələlik tam heyətlə fəaliyyətə qayıtmaq niyyətində deyil.

AP yazır ki, bu tədbirlər Vaşinqtonun İranla münaqişəyə
yanaşmasındakı dəyişikliklərlə mütləq əlaqəli deyil. Daha çox bu
addım Dövlət Departamentinin diplomatların ezam olunduqları
yerlərdən kənarda keçirə biləcəkləri maksiumum müddətlərlə bağlı
siyasəti ilə izah olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir