Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Q.Qarayev
prospektində naməlum şəxs Bakı şəhər sakinini döyərək onun 960
manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2
bank kartı olan çantasını ələ keçirib.




Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlər nəticəsində quldurluq əməlini
törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlərə görə
məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək
saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir