Cəlilabadda ağır qəza: Avtomobil kanala düşdü

Baş səhifə

Cəlilabadda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəza yeni Ələt-Astara magistralının Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, toqquşma nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Zərbənin təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb, daha sonra isə kanala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir