
Bakı. Trend:
Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı
gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində
qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı
var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-29° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 65-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi
yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman
olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-35° isti,
dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

