Qobustanda yeni körpünün inşası davam etdirilir (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində
yeni körpünün inşası davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi (AAYDA)
məlumat yayıb.

Bildirilib ki, mövcud körpü sökülüb, dayaqların inşası artıq
başa çatdırılıb. Hazırda aşırım tirlərinin quraşdırılması işləri
aparılır. Tikinti işlərinin yaxın müddətdə yekunlaşdırılması ilə
ərazidə rahat və təhlükəsiz gediş-gəliş təmin olunacaq.




Qeyd edək ki, bundan əvvəl yolun Bakı istiqamətində yerləşən
körpü də yenidən inşa edilərək istifadəyə verilib. Hazırda işlər
əks istiqamətdə davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir