
Bakı. Trend:
Paytaxtın və Abşeron rayonunun qəsəbələrində aparılan
təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin
hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Azərbayan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat
yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən Sabunçu rayonunun
Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm
marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113,
141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ
küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1
gün ərzində bərpa ediləcək.
Məlumata görə, Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə
küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin
hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179 nömrəli
müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Avtobuslar 1 həftə
ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və
Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.

