FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

Baş səhifə

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gözəl Zutova 27-30 avqust tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən belboğlı kuraş üzrə dünya çempionatında birinci yerə layiq görülüb.

FHN-dən APA-ya verilən məlumata görə, Gözəl Zutova +76 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Gözəl Zutova Dünya kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada dünya çempionu olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir