Ötən gün 16 itkin şəxs tapılıb, axtarışda olan 11 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Avqustun 28-də polis əməkdaşları tərəfindən respublika
ərazisində bir sıra əməliyyat və profilaktik tədbirlər həyata
keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən
məlumata görə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı
tərk etdiyinə görə itkin düşmüş kimi axtarışda olan 16 nəfər
tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq
istintaqa təhvil verilib.




Keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,3
kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Bundan başqa, polis əməkdaşları paytaxtda və respublikanın
ayrı-ayrı rayonlarında 2 avtomat, 6 tüfəng, 2 patron darağı və 69
ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

DİN-dən bildirilib ki, narkotik vasitələrin qanunsuz
dövriyyəsinə, eləcə də qanunsuz saxlanılan odlu silah-sursata qarşı
əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir