“Barselona”nın yarımmüdafiəçisi İtaliya klubuna keçir

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın yarımmüdafiəçisi Toni Fernandes karyerasını
İtaliya A Seriyasında davam etdirəcək.

İspaniyalı futbolçu “Venetsiya”ya keçəcək. Bu barədə insayder
Fabritsio Romano məlumat yayıb.




A Seriyası klubu Fernandes üçün 4 milyon avro təzminat ödəyəcək.
Kataloniya təmsilçisi 18 yaşlı hücumameyilli yarımmüdafiəçinin
növbəti satışından 50 faiz pay əldə edəcək.

Qeyd edək ki, Toni Fernandes “Barselona”nın yetirməsidir. Gənc
oyunçu mövsümün əvvəlində La Liqa nəhənginin əsas komandasına cəlb
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir