ABŞ-ın Missisipi ştatında atışma nəticəsində bir nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Missisipi ştatında yerləşən Maqi şəhərinin şimal-şərq
hissəsində atışma hadisəsi qeydə alınıb.

Bu barədə yerli polis məlumat yayıb.




Məlumata görə, hadisə zamanı ümumilikdə dörd nəfər odlu silahdan
yaralanıb. Onlardan biri aldığı xəsarətlər nəticəsində xəstəxanada
dünyasını dəyişib.

Hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir