Babək rayonunda qəza – 2 nəfər xəsarət aldı

Baş səhifə

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Cəhri qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Tofaş” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Samirə Yəhya qızı Allahverdiyeva və 2009-cu il təvəllüdlü Ümid Səbuhi oğlu Musayev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir