Gədəbəydə “Mercedes” körpüdən aşdı, 5 yaralı var

Baş səhifə

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində körpüdən dərəyə aşıb.

Nəticədə 5 nəfər  xəsarət alıb. 

Yaralılar Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və  Məhəmməd Məmmədov öncə Gədəbəy rayon xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir