Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

Baş səhifə

Bakı. Trend:

Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının
(AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik
avtomobillərin sərgisi başlayıb.
Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu
kimi, Azərbaycanda da artıq ənənə halını alıb.

Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə
başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox
avtomobil sərgilənib.

Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər,
həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi
eksponatlarından ibarət nəqliyyat vasitələridir.




Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi bir
qədər sonra klassik avtomobillərin yürüşü ilə davam edəcək.

Paytaxtın əsas küçə və prospektindən keçən yürüş Sea Breeze
ərazisində başa çatacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir