Şimali Kiprdə batan gəmidə ölənlər var – GÖRÜNTÜ – YENİLƏNİB

Baş səhifə

Şimali Kipr sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlər olduğu açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının nəqliyyat naziri Erhan Arıklı A Haber telekanalına bildirib.

Onun sözlərinə görə, xilas edilənlər arasında ağır yaralananlar da var.

Son dəqiqləşdirilmiş məlumata görə, “Filo Jet” gəmisinin göyərtəsində 259 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 267 nəfər olub.

Xilasedicilər ilk ölənin meyitini aşkarlayıblar. 159 nəfər xilas edilib, digər şəxslərin axtarışı davam etdirilir.

Gəmidə Almaniya və İran vətəndaşlarının olduğu təsdiqlənib. Digər sərnişinlərin və turistlərin vətəndaşlığı müəyyənləşdirilir.

15:30

Xəbər verdiyimiz kimi Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girne şəhəri yaxınlığında sərnişin gəmisi batıb.

Modern.az xəbər verir ki, batan gəmidən 159 nəfər xilas edilib. Bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.

“Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 267 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, “Akgünlerin Express” gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub”, – şəhər meri qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir