
Bakı. Trend:
ABŞ silahlı qüvvələri İranın cənubundakı Larak adasında iki
raket kompleksini məhv edib.
Bu barədə “Axios” məlumat yayıb.
Hadisə bu gün səhər saatlarında baş verib.
İddiaya görə, İran ordusu həmin qurğulardan Hörmüz boğazına
dəniz minaları daşıyan raketlər atmaq üçün istifadə etmək
niyyətində idi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də verdiyi
açıqlamada Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini
təkrarlayıb. O, həmçinin ABŞ qüvvələrinin boğazın minalanmasına
icazə verməyəcəyinə zəmanət verib.

