
Xankəndi. Trend:
Xankəndidə minik maşını yanaraq külə dönüb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, 1984-cü il təvəllüdlü
Əliyev Yasinə məxsus “NİVA” markalı 17 BF 259 nömrəli avtomobil
Şuşa Xankəndi yolunda hərəkətdə olarkən anidən alovlanıb.
Alov qısa müddətdə avtomobili bürüdüyündən minik maşını yararsız
hala düşüb. Hadisə yerinə çağrılan FHN-nin Xankəndi şəhər
yanğınsöndürən bölməsinin əməkdaşları avtomobili söndürüb. Baş
verən yanğın zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala
düşüb. Faktla bağlı araşdırma başlanıb

